Türkiyənin İYİ partiyasının Bakırköy təşkilatının qurucusu Süleyman Tefek koronavirusdan vəfat edib.

Offsideplus.az xəbər verir ki, bu barədə partiya sədri Maral Akşener məlumat verib. Akşener Tefekin ölümü ilə bağlı başsağlığı verərək, yaxınlarına səbr diləyib.

Qeyd edək ki, partiyanın Bayrampaşa əyalət rəhbəri Raif Güler də koronavirusdan müalicə olunur.