Paris 2024 Yay Olimpiya Oyunlarında Yunan-Roma güləşi üzrə 67 kq. çəkidə final görüşü tutub. 

Offsideplus.az xəbər verir ki, əslən azərbaycanlı olub, Ukraynanı təmsil edən Pərviz Nəsibov finalda Səid İsmaili Leviesi ilə qarşılaşıb. Bu görüşdə iranlı idmançı 6:5 hesablı üstünlüklə çempion olub. 

Pərviz Nəsibov isə turniri gümüş medalla başa vurub. 

Qeyd edək ki, bu çəki dərəcəsində Azərbaycan təmsilçisi Həsrət Cəfərov bürünc medal qazanıb.