Parisdə keçirilən Yay Olimpiya Oyunları davam etdir. 

Offsideplus.az xəbər verir ki, fərdi çoxnövçülükdə çıxış edən 24 iştirakçı təsnifat mərhələsində üçüncü hərəkətdə mübarizəyə başlayıb.

Azərbaycan gimnastı Zöhrə Ağamirova lentlə bacarığını nümayiş etdirib. Onun çıxışı 28,400 xalla qiymətləndirilib.

Bunadək topla çıxışı zamanı 30,200, halqa ilə 32,500 xala layiq görülən gimnastımız üç hərəkətin cəmində 91,100 xala malikdir. Zöhrə artıq ilk hərəkəti yerinə yetirən 10 idmançı arasında 6-cı yerdədir.

Qeyd edək ki, dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnast sabahkı finala vəsiqə qazanacaq.