Anna Skidan Paris Yay Olimpiya Oyunlarında atletika yarışları üzrə final mərhələsində iştirak edib. 

Offsideplus.az xəbər verir ki, çəkicatma növündə mübarizə aparan Skidan 12 idmançının yer aldığı final mərhələsində ilk 3 cəhdinin yekununda 73.27 metr nəticə ilə 6-cı olub və mübarizəni davam etdirən ilk səkkizliyə düşüb. 

Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73.66 metrə çatdıran Anna Skidan Olimpiya Oyunlarında 7-ci yeri tutub.