Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün Batut gimnastikası üzrə millimizin üzvü Selcan Mahsudova mübarizəyə başlayıb.
İdmançımızın ilk çıxışı 42,950 xalla qiymətləndirilib. İdmançımız ikinci cəhdində daha yaxşı çıxış edə bilib – 53,750. O, bu nəticə ilə 16 idmançının qatıldığı təsnifat mərhələsini 10-cu yerdə başa vurub. Selcan final mərhələsinə adlayan 8 gimnast sırasına düşə bilməyib.