Yay Olimpiya Oyunlarında bu gün keçirilməli olan triatlon yarışı yenidən təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb Sena çayının normadan artıq çirkli olmasıdır.
Xatırladaq ki, yarış əslində dünən baş tutmalı idi, lakin oxşar vəziyyətə görə, keçirilməsi məqsədəuyğun sayılmayıb.
Azərbaycanı bu növdə Rostislav Pevtsov təmsil edəcək.