Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri də medallar uğrunda mübarizə aparacaq.

Belə ki, 3x3 basketbol millimiz ikinci oyunlarını keçiriləcəklər. Onlar ilk oyunda ispanlarla bacarmayıblar-16:18.

Dünən keçirilməli olan triatlon yarışlarının da bu gün baş tutması gözlənilir.

Həmçinin cüdoçumuz Elcan Hacıyev də qızıl medal uğrunda mübarizə aparacaq.

Bundan başqa, kişilər arasında badminton yarışlarının II turu keçiriləcək.

12:00. Cüdo -90 kq, 1/16 final

Azərbaycanlı cüdoçu Elcan Hacıyev Yay Olimpiya Oyunlarının 1/16 final mərhələsində türkiyəli Mixael Zqankı məğlub edib.

1/8 final mərhələsində isə təmsilçimiz fransız rəqibinə məğlub olub.

12:45. Triatlon (kişilər, fərdi)

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Xatırladaq ki, yarışın bu gün də təxirə salındığı qeyd edilsə də, sonradan buna ehtiyac duyulmayıb.

16:30: Badminton (kişilər, fərdi) E qrupu II matç

Edi Reski Dviçayo - Anders Antonsen (Danimarka)

23:30. Basketbol (qadınlar, 3X3) II matç

Azərbaycan - ABŞ