Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Offsideplus.az xəbər verir ki, kişi badmintonçuların fərdi mübarizəsində gücünü sınayan idmançı E qrupundakı ilk görüşündə avstriyalı Kollins-Valentin Filimonla qarşılaşıb.

Qarşılaşma badmintonçumuzun 2:0 (21:18, 21:11) hesablı qələbəsi ilə yekunlaşıb.

10:56***

Azərbaycan millisinin daha bir badmintonçusu Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.

Offsideplus.az xəbər verir ki, söhbət Edi Reski Dviçayodan gedir. 

Təmsilçimiz Avstriya idmançısı Kollins-Valentin Filimonla qarşılaşacaq. II turun görüşü Bakı vaxtı ilə saat 22:20-də başlayacaq.

Qeyd edək ki, Edinin yer aldığı E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.