Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün qılıncoynatma yarışlarında növbəti mükafatlar sahiblərini tapacaq.

Offsideplus.az xəbər verir ki, Anna Başta da mübarizəyə qoşulub. 

Sablyaçımız mükafatlar uğrunda yarışa 1/16 finaldan başlayıb. Onun ilk rəqibi Çin idmançısı Yanq Henqyu olub. Sablyaçıların döyüşü 15:9 hesabı ilə başa çatıb. 

Annanın növbəti rəqibi ukraynalı Olqa Xarlan olub. İdmançımız 6:15 hesabı ilə uduzaraq Olimpiada ilə vidalaşıb. 

Qeyd edək ki, qadın sablyaçıların mübarizəsi bu gün yekunlaşacaq.