Polşada keçirilən III Avropa Oyunlarında 12-ci oyun günüdür. 

Offsideplus.az xəbər verir ki, bu günə qədər 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycan ümumi sıralamada 1 pillə geriləyərək, 25-ci sıraya enib.

İlk “üçlük”də isə dəyişiklik olmayıb. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (24 qızıl, 23 gümüş, 32 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 17 bürünc) ikinci, Ukrayna isə (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncü pillədəki mövqeyini qoruyub.