Polşada təşkil olunan III Avropa Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan idmançıları bu gün 3 növdə - cüdo, kikboksinq və çimərlik futbolunda mübarizə aparacaqlar.

Cüdo

12:00. Qarışıq komanda yarışları (Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov, İmran Yusifov (hər ikisi +90 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq), Nərmin Əmirli, Nigar Süleymanova (hər ikisi +70 kq): Azərbaycan - Çexiya

Kikboksinq

13:15. Kişilər (Yarımfinal): Fərid Ağamoğlanov (63,5 kq) - Filip Barak (Slovakiya)

Çimərlik futbolu

16:00. Kişilər. (5-ci yerl uğrunda oyun): Azərbaycan - Moldova