Badmintonçumuz Edi Reski Dviçayo Polşada keçirilən 3-cü Avropa Oyunlarında kişilərin şəxsi yarışında G qrupunda son görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, qrup mərhələsinin ikinci turunda pley-offa vəsiqəni təmin edən Edi bu dəfə Ukrayna təmsilçisi Danilo Bosniukla qarşılaşıb.

Badmintonçumuz ardıcıl 3-cü qələbəsini qazanaraq qrupu lider başa vurub - 2:0 (21-14, 21-19).