Bu gün Polşanın Krakov şəhərində keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında mübarizəyə start verilib.

Offsideplus.az xəbər verir ki, təmsilçilərimizdən Anna Başta (5 qələbə), Səbinə Kərimova ( 5 qələbə) və Valeriya Bolşakova (3 qələbə) pley-offa yüksəlib. Valeriya Bolşakova 1/16 finalda digər təmsilçimiz Səbinə Kərimovaya uduzub. Səbinə Kərimova isə 1/8 final mərhələsində macarıstanlı Renata Katonaya məğlub olub. Anna Başta eyni raundda polşalı Malgorzata Kozaçuka yenilib.

Ətraflı
Daha əvvəl isə qrup mərhələsində 1 qələbəsi olan Palina Kaspiaroviç mübarizəni dayandırıb.