Azərbaycanın kamandan oxatma üzrə təmsilçisi Yaylagül Ramazanova Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, o, 1/32 final görüşündə litvalı Paulina Ramanauskayte ilə qarşılaşıb.
Gərgin keçən görüşdə əsas vaxtı 5:5 hesablı heç-heçə ilə başa vuran azərbaycanlı idmançı "shoot of"da rəqibinə məğlub olub - 5:6.
Bununla da Yaylagül Ramazanova Avropa Oyunlarındakı çıxışını başa vurub.