Polşada keçirilən III Avropa Oyunlarında bu gün Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar.

Offsideplus.az xəbər verir ki, atıcılıq, bok və taekvondo üzrə idmançılarımız çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 10-cu pillədə qərarlaşıb.

Atıcılıq

11:00. Regina Meftəhəddinova, Nurlana Cəfərova (skit)
13:00. Nərimə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)

Taekvondo
13:36. Kişilər: Cavad Ağayev (68 kq)

Boks

Qadınlar

20:15. 54 kq, 1/16 final
Zeynəb Rəhimova – Lenuta Periyoç (Rumıniya)

Kişilər

20:45. 80 kq, 1/16 final
Murad Allahverdiyev – Kevin Şumann (Almaniya)

22:15. 92 kq, 1/16 final
Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail)