Qadın karateçimiz İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 68 kq-da çıxış edən təmsilçimiz finalda Yelena Kuiriçə (İsveçrə) 4:1 hesabı ilə qalib gəlib. O, bundan əvvəlki mərhələlərdə Qalina Melniki (Ukrayna), Anita Makyan (Ermənistan), Alize Ajyeni (Fransa) məğlub edib.

Ətraflı
Bununla da, o, karyerasında ikinci dəfə Avropa Oyunlarının qalibi olub. İrina bundan əvvəl Bakı-2015-də də qızıl medala yiyələnmişdi.

Qeyd edək ki, dünən karateçimizTural Ağalarzadə də qızıl medal qazanıb.