Polşada keçirilən III Avropa Oyunlarında Azərbaycanın idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, açılış mərasimində bayraqdar idmançılarımız Yaylagül Ramazanova (oxatma) və Barat Quliyevdir (qılıncoynatma).

Qeyd edək ki, III Avropa Oyunları 21 iyundan 2 iyula qədər davam edəcək.