Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində bu gün nizə atma növü üzrə Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan para-atletimiz Həmid Heydərini təbrik edib.

Offsideplus.az xəbər verir ki, birinci xanım təbrik paylaşımında bu sözləri yazıb:

"Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzılayıram!".