"Selta" klubu yeni transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi "Sevilya"da forma geyinən Nolitonu heyətinə qatıb. 33 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

İspaniya millisinin keçmiş üzvü 2013-2016-cı illərdə "Selta"da oynamışdı. Nolito 3 nömrəli formada çıxış edəcək.