"Barselona" klubunun futbolçusu Lionel Messi La Liqada növbəti rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz 28-ci turun oyununda  "Malyorka"nı məyus edib. O, komandasının 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Beləliklə, Messi İspaniya çempionatının 12 mövsümündə ardıcıl azı 20 qol vurmağı bacarmış ilk futbolçu ünvanına yiyələnib.