"Qalatasaray"da gözlənilməz ayrılıq baş verib.

Offsideplus.az xəbər verir ki, Fatih Terimin köməkçisi Həsən Şaş istefa verib.

Bu barədə gənc mütəxəssisin özü məlumat verib. O, şəxsi "Twitter" hesabında "Qalatasaray" azarkeşlərinə təşəkkür edib:

“Bu gündən etibarən çox sevdiyim “Qalatasaray”dan öz istəyimlə ayrılmışam. Bu günə qədər mənə dəstək olan bütün azarkeşlərimizə təşəkkür edirəm”.