İtaliya A seriyasının yaranan fasilədən sonrakı bərpası üçün son tarix müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, çempionat iyunun 14-dək başlamalıdır. Həmin tarixədək yarış bərpa olunmasa, davam etdirilmədən başa çatacaq. Futbolçulara formalarını bərpa etmək üçün 4 həftə lazım gələcək.
Qeyd edək ki, təşkilatçılar mayın 1-də ödənilməli olan telayayımla bağlı son vəsaitin daxil olmamasından da ehtiyatlanır.