Futbol üzrə Almaniya Bundesliqasında 2019/2020 mövsümünə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son turun bütün matçları eyni gündə keçirilib. Çempion "Bavariya" son turda "Volfsburq"u darmadağın edib - 4:0. Dortmund "Borussiya"sı eyni hesabla doğma meydanda "Hoffenhaym"a məğlub olub.

Bu mövsümün nəticələrinə əsasən, çempion "Bavariya", ikinci Dortmund "Borussiya"sı, üçüncü "Leyptsiq" və dördüncü Münhenqladbax "Borussiya"sı Almaniyanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək. 5-ci "Bayer" və 6-cı "Hoffenhaym" Avropa Liqasının qrup mərhələsində iştirak edəcək. Mövsümü 7-ci pillədə başa vuran "Volfsburq" isə Avroliqanını 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Sonuncu pillələrdə qərarlaşan "Fortuna" və "Paderborn" isə elitanı tərk edib.