“Borussiya”(Dortmund) klubu futbolçusu Roman Bürkiylə yeni müqavilə imzalayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə isveçrəli qapıçı məlumat verib.
İsveçrə milli komandasının da üzvü olan qapıçıyla yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədər olacaq.
Qeyd edək ki, 2015-ci ildən “Borussiya”nın şərəfini qoruyan Bürkinin indiki sözləşməsi 2021-ci ilin yayına qədərdir.