"Yunion"un (Berlin) yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin "sükanı arxası"na Şteffen Baumqart gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, çalışdırıcının son iş yeri "Hamburq" olub.