"Yuventus" Paulo Dibala 5 illik yeni müqavilə təklif etməyə hazırlaşır.

Offsideplus.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, Dibala Turin klubunun təklifni qəbul edəcək. Yeni sözləşmədə Dibalanın maaşı artırılacaq. O, hazırda “Yuventus”da illik 7,5 milyon avro qazanır.

26 yaşlı futbolçunun hazırkı müqaviləsi 2022-ci ilə qədərdir.

Qeyd edək ki, argentinalı hücumçu cari mövsüm A Seriyasında 24 matç keçirib və 7 qol vurub.