"Vasqo de Qama"nın prezidentliyinə namizəd olan Luiz Alberto Siano maraqlı iddialarla çıxış edib.
Offsideplus.az xəbər verir ki, o, klubu yeni səviyyəyə daşıyacağını bildirib.
"Fox Sport"a açıqlama verən braziliyalı funksioner dünya ulduzlarını transfer edəcəklərini qeyd edib:
“Biz arzuların "Vasco de Qama"sını qurmağa çalışacayıq. Balotelli və İbranın agenti eyni şəxsdir, mənim Mino Raiola ilə şəxsi münasibətim də var. Biz daha çox isveçli oyunçunu transfer etməyə səy göstərəciyik. Ciovinkonu transfer etmək üçün də imkanlarımız olacaq. Düşünürəm ki, bu cür ulduzların kluba gəlişi klubumuzun titullar uğrunda mübarizə aparmağına böyük köməklik göstərəcək.”