"Kəpəz" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi Veysəl Rzayevi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

V.Rzayev qış fasiləsində Gəncə təmsilçisinin ilk transferi olub. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, o, mövsümün ilk yarısını "Turan Tovuz"da keçirib və 3 Premyer Liqa oyununda meydanda olub.