Aleks Souzanın "Turan Tovuz" karyerası başa çatıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu Yaponiyanın "Kyoto" klubuna transfer olacaq.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə rəsmi sözləşmə imzalayacaq.
Aleks Souza "Turan Tovuz" forması ilə 68 matçda 20 qol vurmağı bacarıb.



