"Şamaxı" qış təlim-məşq toplanışında qarşılaşacağı rəqiblər məlum olub.
Offsideplus.az xəbər verir ki, onlar əvvəlcə yanvarın 11-də "Sabah"la üz-üzə gələcək. Görüş "Bank Respublika Arena"da baş tutacaq.
Digər rəqib isə Azərbaycan U-21 yığması olacaq. Bu matç yanvarın 17-si “Liv Bona Dea Arena”da oynanılacaq.
Hər iki qarşılaşma saat 16:00-da start götürəcək.



