"Sumqayıt" qış təlim-məşq toplanışı üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,komanda yanvarın 3-17-si aralığında Lara bölgəsində hazırlıq keçəcək.

"Sumqayıt" bu müddətdə 3 yoxlama oyununda gücünü sınayacaq.

Premyer Liqa təmsilçisi yanvarın 9-da Macarıstanın "Pakş", 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşacaq.