"Turan Tovuz" klubu futbolçusu Veysəl Rzayevlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
V. Rzayev bölgə təmsilçisinin heyətində 87 oyuna çıxıb. O, bu oyunlarda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
O, cari mövsüm cəmi 5 oyunda meydanda olub.



