"Turan Tovuz" Misli Premyer Liqasının ikinci hissəsinə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi yanvarın 4-dən 18-nə qədər Antalyanın Belek bölgəsində məskunlaşacaq.
Kurban Berdıyevin komandası toplanışda 2 yoxlama görüşü keçirəcək.
Rəqiblərin adları və oyunların tarixləri barədə daha sonra məlumat veriləcək.



