Azərbaycan yığmasının sabiq futbolçusu Cavid Hüseynovun fəaliyyətini “Neftçi”də davam etdirəcəyi barədə xəbərlər yayılmışdı.

Offsideplus.az xəbər verir ki, veteran futbolçunun köməkçi məşqçi vəzifəsinə dəvət aldığı iddia olunurdu.

“Neftçi”dən sorğumuza cavab olaraq bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir.

Qeyd edək ki, Cavid Hüseynov  2023-24-cü illərdə "Turan Tovuz"da Kurban Berdıyevin köməkçisi vəzifəsini yerinə yetirib.

O, eyni zamanda Misli Premyer Liqasında "Şamaxı" və "Səbail" klublarının baş məşqçisi kimi çalışıb.