“Belə səhvlərdən qol buraxmaq olmazdı”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Misli Premyer Liqasının 16-cı turunda “Sabah”a qarşı keçirdikləri matçdan sonra deyib. Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Sabah"ı təbrik edirəm. Qələbəyə layiq oynadılar. Biz isə səhvlərimizin cəzasını çəkdik. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Lakin belə oyunlarda bütün 90 dəqiqəni yaxşı oynamaq tələb olunur. Qolları buraxdığımız səhvlərdən ucbatından gördük. 2-ci və 3-cü qolu çox sadə halda buraxdıq”.
Məşqçi klubun qış transfer pəncərəsində hücumcu alması ilə bağlı sualı belə cavablandırıb:
“Hücumçuya ehtiyacımız var. Rəhbərliklə bu barədə danışmışıq. Ancaq qısa zaman ərzində yaxşı hücumçu tapmaq çətin məsələdir”.
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" oyunu Bakı klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.



