Misli Premyer Liqasında XV tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Zirə" "Şamaxı"nın qonağı olub.

"Qartallar" ilk hissəni öndə bitirməyi bacarıb. Georgi Papunaşvili gözəl qola imza atıb.

Fasilədən sonra oyunun gedişatı dəyişib. Ayxan Abbasovun komandası görüşdə geridönüş etməyi bacarıb.

Onlar matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.

"Zirə" 27 xalla üçüncüdür. "Şamaxı" isə 20 xala malikdir və 7-ci yerin sahibidir.

Misli Premyer Liqası, XV tur

13 dekabr (şənbə)

14:00 “Şamaxı” – “Zirə” 2:1

Qollar: Alfons Msanqa, 54, Karim Rossi, 61 (penalti) - Georgi Papunaşvili, 8

   

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Şamaxı şəhər stadionu