Misli Premyer Liqasında XIV tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, açılış matçında ilk iki pillənin sahibi üz-üzə gəlib - "Zirə" "Qarabağ"ı qəbul edib.

Ağdam təmsilçisi "Ayaks"la matç öncəsi son sınağına çıxıb.

Görüşdə tərəflər hərəyə 1 qol vurub və 1 xal qazanıb.

"Qarabağ" 30 xalla liderdir. "Zirə" onlardan 3 xal geri qalır.

Misli Premyer Liqası, XIV tur

6 dekabr (şənbə)

17:00 “Zirə” – “Qarabağ" 1:1 

Qollar: İssa Cibrilla, 21 - Enrike Kustodio, 44 (öz qapısına)

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 20. İssa Cibrila 5. Ange Mutsinzi 11. Junior Martins 77. Yeqor Boqomolski

Baş məşqçi: Rəşad Sadıqov

"Qarabağ”: 99. Mateus Koxalski 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə (k) 27. Toral Bayramov 81. Kevin Medina 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

VAR: Əliyar Ağayev

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Zirə İdman Kompleksinin stadionu