"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Misli Premyer Liqasında 100-cü oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, yubiley görüşü braziliyalının sabiq klubu - "Qəbələ"yə qarşı olub.
F. Santos 100 qarşılaşmada 21 qol vurmağı bacarıb.
O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.
Qeyd edək ki, Premyer Liqada debütü 2021/22 mövsümünə təsadüf edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur.



