“Fikrimcə, yaxşı oynadıq”.

Offsideplus.az xəbər verir ki, bunu Misli Premyer Liqasının XIII turunda baş tutan "Qarabağ" "Karvan-Yevlax" matçından sonra "Karvan-Yevlax"ın məşqçisi Füzuli Məmmədov deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “Futbolçularımız ilk hissədə dediyim plana uyğun oynadılar. İkinci hissədə bir qədər yorğunluq hiss olundu. "Qarabağ"ın əvəzetmələrindən sonra daha çox güc sərf etdik. Məğlub olmamaq üçün əlimizdən gələni etdik.  Ancaq bu da futbolun bir hissəsidir. "Qarabağ"ı təbrik edirəm. Oyunu yaxşı təhlil edəcəyik. Qarşıda növbəti matçlar var. Həmin görüşlərə çox ciddi hazırlaşacağıq".

Mütəxəssis komandanın heyətində çox yaxşı futbolçuların olduğunu deyib: “Sadəcə onlarda istədiyimiz performans yoxdur. Futbolçuların fiziki durumunu yüksəltməyə çalışacağıq. Bunun üçün isə müəyyən müddət keçməlidir.

 Hər oyun bizim üçün vacibdir. Ümid edirəm ki, oyundan-oyuna komandamız daha da yaxşı olacaq”.

Qeyd edək ki, "Azərsun Arena" baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.