Azərbaycan 1-ci Liqasında maraqlı hal yaşanıb.

Offsideplus.az xəbər verir ki, bir qədər əvvəl başa çatan oyunda "Şahdağ Qusar" evdə "Şəfa"nı qəbul edib.

Görüşdə qonaqlar 2:0 hesabla qalib gəliblər.

Meydan sahibləri hesabda 0:2 geridə ikən, oyunun sonlarına yaxın klub prezidenti Rahid Əmirquliyev məğlubiyyətə dözmədi və forma geyinərək özü meydana daxil oldu.