Misli Premyer Liqasının XII turunda "Şamaxı" "Sabah" səfərində qolsuz heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, Şamaxı təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətnbuat konfransında matçı şərh edib:
"Çətin səfərdir, yaxşı formada olan komandaya qarşı oynadıq. Son oyunlarda qələbələri sıralayırdılar. Yaxşı hazırlaşmışdıq. Futbolçuların performansı bizi sevindirdi. Yüzdə-yüz epizodları dəyərləndirə bilmirik. Bunun üzərində çalışırıq. Mühüm xaldır. Hər xal bizim üçün vacibdir. Bəlkə də "Sabah" bu sistemi gözləmirdi. Çemponatda hamı bir-birini yaxşı tanıyır. "Sabah" cari mövsüm yaxşıdır, çempionat rəngarəngdir. Gələcək oyunlara baxacağıq".



