“Turnir cədvəlinə fikir vermirik, oyundan-oyuna köklənirik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 12-ci turunda baş tutan "Turan Tovuz"- "Araz-Naxçıvan" matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynamasaq da, ikinci hissədə bir qədər yaxşı idik. Təəssüflər olsun ki, qələbə qazana bilmədik”.
Qeyd edək ki, matç 1:1 hesabı yekunlaşıb.



