"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Bu şəhərdə” kollektivinin onunla bağlı hazırladığı səhnəciyə ilk dəfə reaksiya verib.
Offsideplus.az xəbər verir ki, Qurbanov mövzu barədə Premyer Liqanın XII turunda səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında danışıb.
“Mən kiminsə işinə qarışmaq istəmirəm. Açığı, belə şeylərə çox baxmıram. Onlara yalnız uğur arzulayıram”, – deyə Qurban Qurbanov bildirib.
Xatırladaq ki, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdikləri proqramda yer alan həmin epizod sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.



