"Sumqayıt" - "Qarabağ" oyununa 7500 bilet satılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sumqayıt" klubunun mətbuat xidməti məlumat yayıb.
Satışda məhdud sayda yalnız 2 manatlıq biletlər qalıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna həm iTicket.az saytından, həm də stadionun kassasından bilet ala bilərsiniz.
Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.



