"Sabah"ın hücumçusu Pavol Şafranko əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, slovakiyalı hücumçu diz oynağındakı menisk yırtığı səbəbindən əməliyyat keçirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyadakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.