Bu gün saat 18:44-də Misli Premyer Liqasında Azərbaycan derbisi baş tutacaq.
Offsideplus.az xəbər verir ki, "Azərsun Arena"da "Qarabağ" "Neftçi"ni qəbul edir. Peşəkar Futbol Liqası Azərbaycan derbilərinin tamaşaçı statistikasını təqdim edib.
Belə ki, əvvəlki 99 derbidən 4-ü tamaşaçısız keçirilib. Belə ki, 2020/21 mövsümündə koronavirus pandemiyası üzündən bütün görüşlər boş tribunalar önündə baş tutub.
Tamaşaçısız və nəticəsi ləğv olan matç istisna 94 qarşılaşmada 303 min 592 seyrçi olub. Orta hesabla 3230 tamaşaçı derbini izləyib.
“Neftçi”nin 45 ev oyununda 157 min 824 tamaşaçı, orta hesabla 3507 izləyici iştirak edib. “Qarabağ”ın 47 ev oyununda isə 145 min 068 tamaşaçı, orta hesabla 3087 seyrçi tribunada yerini alıb.
Neytral meydandakı iki görüşdə 700, orta hesabla 350 tamaşaçıdır. Derbidəki tamaşaçı rekordu isə 15000-dir. Bu 2004-cü il 12 mart tarixində keçirilən “Qarabağ Azersun” – “Neftçi” 1:3 oyununa təsadüf edib.
Digər statistikalar isə aşağıdakı kimidir:
“Neftçi”nin meydanındakı derbilərdə tamaşaçı rekordu – 9355. 16.02.2025. “Neftçi” – “Qarabağ” – 0:1.
Ən az tamaşaçı – 300. 15.05.2010. “Neftçi” – “Qarabağ” – 0:0, 04.05.1996. “Qarabağ” – “Neftçi” – 1:2 (neytral meydança).
“Qarabağ”ın evində ən az tamaşaçı – 500. 22.11.1997. “Qarabağ” – “Neftçi” – 1:0, 17.03.2002. “Qarabağ Azersun” – “Neftçi” – 1:0.



