“Sumqayıt” klubu yeni transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Sumqayıt təmsilçisi mərkəz yarımmüdafiəçisi Nsana Simon ilə anlaşıb. Son olaraq Türkiyənin “Sakaryaspor” klubunda çıxış etmiş Konqo millisinin üzvü ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sent Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib.