Misli Premyer Liqasının X turunda bu gün "Neftçi" "Kəpəz"i qəbul edib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" kubok da daxil olmaqla ardıcıl 3-cü qələbəsini qazanıb.
Onlar "sarı-göylər"i 5:1 hesabı ilə məğlub edib.
Samir Abasovun yetirmələri son 3 oyunda 13 qol vurub.
"Neftçi" xalını 15 edib və 5-ci yerə yüksəlib.
"Kəpəz"in isə yeri dəyişməyib. Onlar 3 xalla sonuncudur.
Misli Premyer Liqası, X tur
1 noyabr (şənbə)
17:00 “Neftçi” – “Kəpəz” 5:1
Qollar: Emin Mahmudov, 19 (penalti), Vensan Abubakar, 25, Bassala Sambu, 74,87, Freddi Varqas, 90+1 - Sadiq Şəfiyev, 77.
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Palms Sports Arena”



