"Qarabağ"ın ulduzu Andrade dünya futbol qurumunun rəsmi məqaləsində yer aldı.

Offsideplus.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Sttaistikaları Federasiyası (İFFHS) onun rekordundan məqalə hazırladı.

Bildirilib ki, Leandro Andrade tarixdə ilk dəfə əsas Avropa klub turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran oyunçu oldu. Bu uğuru ardıcıl üçüncü mövsümdə qeyd etdi. Son qolunu 22 oktyabrda Çempionlar Liqasının səfər matçında "Atletik"ə qarşı (1-3) cəmi 48 saniyə ərzində vurdu.

Avropa turnirlərində ilk dəqiqə qolları:

  • Häkken 2-1 | 14/12/2023 | 0:44 | Avropa Liqası

  • FCSB 2-3 | 23/01/2025 | 0:57 | Avropa Liqası

  • Atletik Bilbao 1-3 | 22/10/2025 | 0:48 | Çempionlar Liqası