"Neftçi" klubunun Vensan Abubakarla razılaşdığı barədə məlumat vermişdik. 

Offsideplus.az xəbər verir ki, kamerunlu hücumçu "ağ-qaralar"la müqavilə bağlamaq üçün Bakıya bu axşam gələcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Onu gətirən təyyarə saat 23:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.

Abubakar "Əziz "Neftçi" azarkeşləri, sizin üçün gəlirəm. Görüşənədək", sözləri ilə Bakı klubunun azarkeşlərinə müraciət edib.